11-12-2015 [15:01]
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Neftçalada vətəndaşları qəbul edib.
Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Neftçala, Şirvan, Hacıqabul, Salyan, Sabirabad və Saatlı rayonlarından olan vətəndaşların müraciətlərinə baxıb. Müraciətlərin əksəriyyəti daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin dövlət qeydiyyatı ilə bağlı olub.
Vətəndaşlar onlara ayrılmış torpaq sahələri, fərdi həyət evləri və mənzillər, habelə kommersiya məqsədilə istifadə etdikləri qeyri-yaşayış sahələrinə çıxarış və digər qeydiyyat sənədlərinin alınması ilə bağlı müraciətlərini çatdırıblar. Eyni zamanda, pay torpaqlarının, kənd təsərrüfatı təyinatlı torpaqların dövlət reyestrində qeydiyyatı ilə bağlı müraciətlər də səsləndirilib.
Komitə sədri qəbulda səsləndirilən bir sıra müraciətlərin dərhal həlli üçün göstərişlərini verib. Vətəndaşlara onların müraciətləri ilə bağlı mövcud qanunvericiliyin tələbləri çatdırılıb. Araşdırılması zəruri olan müraciətlər isə qeydiyyata alınıb.
Komitə sədri qəbulda komitə tərəfindən daşınmaz əmlakın qeydiyyatında vətəndaş məmnunluğunu təmin etmək məqsədilə sosial yönümlü tədbirlərin artırıldığını nəzərə çatdırıb. Bildirilib ki, artıq ayda bir neçə dəfə olmaqla, həm Bakıda, həm də regionlarda "Kütləvi çıxarış” kampaniyası keçirilir, mobil ofis xidmətləri göstərilir. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər birbaşa vətəndaşların ünvanına çatdırılır və yerlərdə rahat və operativ şəkildə təqdim olunur.
Qeyd olunub ki, mülkiyyət hüquqlarının tənzimlənməsində, o cümlədən daşınmaz əmlakın qeydiyyatı və torpaq idarəçiliyində "bir pəncərə” prinsipinin tətbiq edilməsi nəticəsində bütün qeydiyyat prosesi bir ünvanda – Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılır. Bu isə əlavə vaxt itkisini aradan qaldırıb, müxtəlif idarələrə getməyə ehtiyac qalmayıb. Bu tədbirlərlə yanaşı, komitənin 3 SMS, 2 onlayn və 31 elektron xidməti də vətəndaşların istifadəsindədir. Bütün bu tədbirlər xidmətlərdə çeviklik, şəffaflıq və rahatlığı kifayət dərəcədə yüksəldib.
Komitə sədri torpaq qanunvericiliyinin tələblərinə riayət olunması ilə bağlı məsələlərə də toxunub. Bildirilib ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış müvafiq Sərəncamla torpaq sahələrindən qanunsuz istifadə və özbaşına tikintilərlə bağlı cəzalar sərtləşdirilib.
Komitə tərəfindən artıq Sərəncamın icrası ilə bağlı respublikanın müxtəlif bölgələrində monitorinq-araşdırma tədbirləri həyata keçirilir. Torpaqların özbaşına zəbt olunması, qanunsuz tikintilərin aparılması, torpaq sahələri barədə qanunsuz qərarların verilməsi faktları araşdırılır. Analoji hadisələrin qarşısını almaq məqsədilə aşkar olunmuş belə hüquq pozuntuları ilə bağlı müvafiq qanunvericiliyə, eləcə də qeyd olunan Sərəncama əsasən tədbirlər görülür.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi