“Günəşli”yə əlavə qrup göndərildi

img

11-12-2015 [13:38]


"Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi fasiləsiz olaraq tədbirlərini davam etdirir.

Nazirlikdən verilən məlumata görə, dekabrın 10-da saat 15:35-də nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-5” gəmisindən 5 nəfər tərkibdə təcrübəli yanğınsöndürən xüsusi yanğınsöndürmə avadanlığı və mühafizə vasitələri ilə 10-cu özülə desant edilib. Özülə desant edilən qrup 6 saat ərzində SOCAR-ın işçiləri tərəfindən yanan quyular ətrafında aparılan qəza-bərpa işlərinin təhlükəsizliyini təmin edib.

Bu gün isə saat 09:00-da "Vixr-8” gəmisindən 4 nəfər tərkibdə qrup 10-cu özülə desant edilib. Özüldə aparılan bütün qəza-bərpa işlərinin davam etdiyi vaxt ərzində yanğından mühafizənin desant qrupları həyata keçirilən işlərin və işçilərin təhlükəsizliyini, təhlükə zamanı onların mühafizəsini və təxliyyə olunmasını təmin edirlər.

Qeyd edək ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş verib. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. Hazırda 23 nəfərin axtarışı davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA