"Əksinə, biz fikirləşirik ki..."- Mədət Quliyevdən kadr islahatı mesajı

img

11-12-2015 [11:50]


"Milli Təhlükəsiz Nazirliyində ixtisarlar davam edəcək".

Bunu Milli təhlükəsiz nazir səlahiyyətlərini icra edən Mədət Quliyev jurnalistlərə açıqlamasında bildirb.

M.Quliyev deyib ki, son vaxtlar MTN-də boşalan vəzifələrə hələ təyinatlar olmayıb: "Əksinə, biz fikirləşirik ki, nazirlikdə ixtisarlar davam edəcək, yenidən təşkilolunma aparılacaq. Çünki MTN əməkdaşları sayca az olmalı və işini operativ şəkildə qurmalıdır”.


M.Quliyev bildirib ki, ixtisarlar artıq olub: "Mənim işlədiyim müddətdə 250-dən artıq yararsız əməkdaş MTN-dən xaric olunb. MTN-ə bağlı aparılan istintaq üzrə Respublika Prokurorluğunda cinayət işi qaldırılıb və davam etditilir. Adı cinayət işində keçənlər cinayət məsuliyyətinə cəlb edilərək həbs olunur. Bu iş davam etdirilir, hər bir cinayət etmiş şəxs layiqincə qanun qarşısında cavab verəcək".

MTN-in bundan sonrakı siyasəti haqqında danışan M.Quliyev bilidirb: "Yolumuz birdir, Ümummilli Lider Heydər Əliyev kursudur. Möhtərəm Prezident İlham Əliyev bu yolu uğurla davam etdirir və biz də Respublikamızın təhlükəsizliyini təmin edəcəyik".

trend



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA