Komitə sədri əmr verdi; keçmiş deputat aparat rəhbəri təyin olundu

img

11-12-2015 [11:41]


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə yeni aparat rəhbəri təyin olunub.    

Məlumata görə, komitə sədri Ramiz Həsənovun müvafiq əmrinə əsasən bu vəzifəyə Arif Əşrəfov gətirilib.

A.Əşrəfov noyabrın 1-də V çağırış Milli Məclisə keçirilən seçkilərdə 63 saylı Sabirabad Birinci Seçki Dairəsindən deputat seçilən Elçin Quliyevi əvəz edib. "Dövlət qulluğu haqqında” qanunun tələbinə əsasən E. Quliyevin fəaliyyətinə xitam verilib.

 Maraqlıdır ki, A.Əşrəfov IV çağırış Milli Məclisin deputatı olub.  

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı faktı təsdiqləyib(APA).  

Mia.az onu da bildirir ki, A.Əşrəfov deputat olana qədər də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Aparatının rəhbəri olub. O, 2010-cu ildə Xaçmazdan deputat seçildiyi üçün postundan gedib. Və həmin tarixdən də hazırkı deputat Elçin Quliyev aparat rəhbəri kimi onu əvəz edib. İndisə əksinə olub. Arif Əşrəfov deputatlıqdan köhnə vəzifəsinə, Elçin Quliyev isə aparat rəhbərliyindən Milli Məclisə gedib...


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA