11-12-2015 [11:40]
Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Tovuz rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi (Mərkəz) tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi ilə bağlı auditin nəticələrini müzakirə edib.
Mia.az xəbər verir ki, yoxlama qrupunun rəhbəri Ü. Mürşüdovun tətbiq edilmiş audit metodları və araşdırılmış istiqamətlər üzrə məlumatı dinlənildikdən sonra fəaliyyət istiqaməti üzrə məsul Auditor M.Əlişanova əldə edilmiş nəticələri və auditor rəyində əks etdirilmiş tövsiyələri diqqətə çatdırıb.
Auditor bildirib ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi zamanı Mərkəz tərəfindən bir sıra hallarda sənədlərin qəbulu və onlara baxılması üzrə qanunvericiliyin tələblərinə əməl edilməmiş, ailənin ümumi gəlirinin hesablanılması zamanı nöqsanlara yol verilmiş, bəzi hallarda ailə tərkibində dəyişikliklər nəzərə alınmadan və ailənin istifadəsində nəqliyyat vasitəsinin olması tam araşdırılmadan təyinat aparılıb.
Bundan başqa, auditor sosial müavinətlər və təqaüdlər üzrə bir sıra hallarda işlərin vaxtında dayandırılmaması, müxtəlif səbəblərdən dayandırılmış işlər üzrə qeydiyyat və uçotun düzgün aparılmaması hallarına yol verildiyini bildirərək müharibə veteranlarına, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, ümumi səbəbdən əlillərə əmək pensiyası hüququ qazandıqdan sonra da sosial müavinət ödənilməsi, müavinətin təyinatının müddətinin və məbləğinin düzgün müəyyən olunmaması kimi nöqsanların mövcud olduğunu qeyd edib.
Auditor nəzarət tədbirinin nəticələri ilə bağlı auditor rəyində əks etdirilmiş tövsiyələri diqqətə çatdıraraq, ünvanlı dövlət sosial yardımın təyin edilməsi zamanı sənədlərin qəbulu və onlara baxılması mövcud qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi, ailənin gəlirlərinin düzgün və tam olaraq nəzərə alınması, əmək pensiyası hüququnun yaranması ilə əlaqədar sosial müavinət almaq hüququnun itirilməsi ilə bağlı qanunvericiliyin tələblərini təmin etmək məqsədi ilə aidiyyəti qurumlarla mütəmadi məlumat mübadiləsinin aparılması üçün fəaliyyətin gücləndirilməsi məqsədəmüvafiqdir.
Sonda nəzarət tədbirinin nəticələri üzrə Kollegiya Qərarının layihəsi müzakirə edilərək, qərarla bağlı Kollegiya üzvlərinin təklif və iradları dinlənilib. Kollegiya qərarı səsə qoyularaq qəbul edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi