Fövqəladə Hallar Nazirliyində genişləndirilmiş müşavirə - Səbəb

img

10-12-2015 [21:55]


Bu gün "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar Fövqəladə Hallar Nazirliyində müşavirə keçirilib.

Mia.az nazirliyin saytına istinadən məlumat verir ki, fövqəladə hallar nazirinin müavinləri və müvafiq struktur bölmə rəislərinin, Dövlət Sərhəd Xidməti rəisinin müavini və Sahil Mühafizə və Aviasiya xidmətlərinin rəislərinin, Dövlət Dəniz Administrasiyasının rəhbər heyəti və mütəxəssislərinin iştirakı ilə keçirilən müşavirədə əsas məqsəd qəza nəticəsində itkin düşən insanların axtarışı işlərindəki effektivliyin artırılması ilə bağlı məsələlərin müzakirəsi olunub.

Müşavirənin yekunu olaraq, sabah axtarış işlərinə Fövqəladə Hallar Nazirliyinin 1 təyyarə və 4 helikopterinin, Dövlət Sərhəd Xidmətinin 6 helikopteri və 7 gəmisinin, habelə sahilboyu müşahidə işləri aparan FHN-in Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətindən əlavə qüvvələrin cəlb olunması qərara alınıb.

Həmçinin Xəzər dənizində üzən gəmilərə Dövlət Dəniz Administrasiyası vasitəsilə üzdükləri ərazilərdə müşahidə-axtarış işlərinin gücləndirilməsi ilə bağlı bir daha müraciət edilməsi qərara alınıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA