10-12-2015 [14:12]
SOCAR "Günəşli" yatağında dekabrın 4-də qəza baş vermiş özüldə olan xilasedici qayığın video görüntüsünü təqdim edib.
Video görüntüdə qayığın müasir tələblərə cavab verdiyi, adam tutumunun 42 nəfər, dənizdə qalma müddətinin isə məhdudiyyətsiz olduğu vurğulanır.
Qayığın içərisində olan təchizat üç hissədən ibarətdir: istismar vasitələri, həyat təminedici vasitələr, siqnalizasiya və diqqətcəlbedici vasitələr.
Qayığın istismar vasitələri bunlardan ibarətdir: iki ədəd avar, yəni, əgər qayığın mühərriki sıradan çıxarsa, avarlardan istifadə edərək müəyyən obyektlərə yaxınlaşmaq olar; iki ədəd qarmaq - suya düşmüş əşyaların götürülməsi üçün təyin olunan vasitədir və yaxud da qayığın yaxınlaşması zamanı o qarmaqdan istifadə oluna bilər; iki ədəd xilasetmə dairəsi, ipinin uzunluğu 30 metr və daha artıq ola bilər.
Qayığın istismar vasitələrinə yalnız neft məhsulları yanğınının söndürülməsi üçün nəzərdə tutulan köpüklü odsöndürən də aiddir. Qayıqda, həmçinin kompas olmalıdır.
İnsanlar içəri daxil olan kimi, qayığın yana əyilməməsi üçün qarşı-qarşıya əyləşməlidirlər. Qayıq suya endirilməzdən əvvəl onun içərisində olan əmlak mütləq yoxlanılmalıdır.
Bu qayıq yanar ərazidən də keçə bilər. Əgər ətrafa neft məhsulları dağılıbsa və yanğın baş veribsə, qayığın içərisində olan insanlar, daha təhlükəsiz əraziyə daxil ola bilərlər. Əgər qayıq tam kip bağlanarsa, içəridə olan insanlar 10 dəqiqə ərzində nəfəs ala bilərlər. Bu, içəridə olan hava balonlar vasitəsi ilə mümkün olur.
Qayıq yanar ərazidən keçərsə, onun gövdəsinin soyudulması imkanı da var. Yəni qayığın içərisində olan nasos vasitəsi ilə yuxarıdakı borulara su vurulur. Su çiləyiciləri qayığın gövdəsinə su çiləyir və qayığın üzərində su mühafizə qatı yaradır. Bu su mühafizə qatı da qayığın həmin ərazidən keçib daha təhlükəsiz əraziyə daxil olmasını mümkün edir.
Qayığın içərisinə insanların daxil olması təhlükəsiz şəkildə həyata keçirilməlidir. Yəni içəridə olan kəmərlərdən istifadə olunmalıdır. Onlar əvvəlcədən təyin olunmuş yerlərdə əyləşməlidirlər. Bu kəmərlər 100 kq-a qədər çəkini saxlayır.
Qayığın istismar vasitələrindən əlavə, qayığın həyat təminedici vasitələri də var ki, bunlara tibbi ləvazimatlar dəsti, balıq tutmaq üçün vasitələr, qida və su nəzərdə tutulub. Qayıqda olan suyun miqdarı 3 litr olmalıdır. Qida 3 günlük nəzərdə tutulub. 1-ci gün qayıqda qidadan və sudan istifadə etmək nəzərdə tutulmayıb, hamilə qadınlar, körpələr və suya ehtiyacı olan xəstələr istisna olmaqla.
Qayığın siqnalizasiya və diqqətcəlbedici vasitələrinə aiddir: 4ədəd paraşütlü raket, 6 ədəd falşfeyer və 2 ədəd tüstü verən qurğu.
Qayıq istənilən hava şəraitində dənizdə qala bilər. Qayığın yanacağı ona 24 saat ərzində 6 mil/saat (1 dəniz mili - 1852 metr) sürətlə hərəkət etmək imkanı verir(Report).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi