Mədət Quliyev Eldar Mahmudovun qadağasını ləğv etdi - AÇIQLAMA

img

10-12-2015 [13:37]


Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun tətbiqinə real olaraq başlanılıb.

Mia.az xəbər verir ki, bu haqda Modern.az saytına vəkil Cavad Cavadov məlumat verib. O qeyd edib ki, bu dəyişiklik nazirlik rəhbərliyinin dəyişməsi ilə bağlıdır:

"Artıq həbsdə saxlanılan şəxslər qanunun tələbinə görə, zəng etmək hüququndan  istifadə edirlər və ailələri ilə görüşmək hüququ təmin olunur. Bu təcridxananın hüquqi statusu məsələsini kənara qoysaq, dəyişikliyi müsbət addım kimi dəyərləndirmək lazımdır. Çünki bu hüquqlar Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında indiyə kimi təmin olunmurdu”.

Xatırladaq ki, Milli Təhlükəsizlik Nazirliyinə rəhbərliyi nazirin birini müavini, general-leytenant Mədət Quliyev həyata keçirir. Hazırda nazirlik eks-nazir Eldar Mahmudovun kadrlarından təmizlənir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA