Neftçilərin axtarışına 9 gəmi, 8 helikopter cəlb olunub

img

10-12-2015 [12:54]


"İtkin düşən neftçilərin genişmiqyaslı axtarış tədbirləri davam etdirilir”.

"Azneft” İstehsalat Birliyindən verilən məlumata görə, hazırda Dövlət Sərhəd Xidmətinin 7 gəmisi və 6 helikopteri, Fövqəladə Hallar Nazirliyinin 2 gəmisi və 2 helikopteri itkin düşən neftçilərin axtarışlarına cəlb olunub.

Bildirilib ki, bütün sərhədboyu zonada axtarışlar aparılır. Həmçinin qeyd edilib ki, hazırda 5 gəmi "Günəşli” yatağındakı yanğının söndürülməsi ilə məşğuldur(azvision).

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən faciə zamanı 33 nəfər xilas edilib, 7 nəfər həlak olub. Hazırda 23 nəfərin axtarışı davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA