Siqaretin satışı və idxalı ilə bağlı yeni qadağalar tətbiq olunacaq

img

10-12-2015 [12:30]


Azərbaycana tütün və tütün məmulatlarının idxalı və ticarəti ilə bağlı yeni qadağaedici şərtlər müəyyənləşdirilir.
Milli Məclisdən verilən məlumata görə, bununla bağlı "Tütün və tütün məmulatı haqqında” qanuna əlavələr təklif edilir. Qanunun 14.3-cü (Hüquqi və fiziki şəxslər tərəfindən tütünün və tütün məmulatının idxalına aşağıdakı hallarda yol verilmir) və 15.3-cü (Tütünün və tütün məmulatının satışı aşağıdakı hallarda qadağan olunur) maddələrinə görə, tütün və tütün məmulatlarının idxalı və satışını şərtləndirən qadağalar sırasına daha bir bənd (tütün və ya tütün məmulatları genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunduqda) əlavə olunur.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və dekabrın 18-də müzakirəyə çıxarılacaq.
apa

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA