İtkin düşmüş neftçilərin axtarışları gücləndirildi

img

10-12-2015 [12:08]


Bu gün səhər saatlarından başlayaraq "Günəşli" yatağında baş vermiş qəza zamanı itkin düşmüş neftçilərin axtarışları yenidən davam etdirlib. Belə ki, dünən axşam saatlarında əleverişsiz hava şəraiti ilə bağlı axtarışlar dayandırılmışdı. Bu gün bərpa olunan axtarışlara əlavə texniki qüvvə cəlb olunub.

Xüsusi qərargahdan Trend-ə verilən məlumata görə, itkin düşmüş neftçilərin axtarışlarına FHN-nın əlavə helikoperleri, eləcə DSX gəmiləri cəlb olunub. Qəza baş vermiş platformada isə yanğın hələ də davam edir.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. Hazırda 23 nəfərin axtarışı davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA