Polis Nardaranda xüsusi əməliyyat keçirdi - Bir nəfər də tutuldu

img

10-12-2015 [11:39]


Nardaran qəsəbəsində 4 dekabr 2015-ci ildən axtarışda olan daha bir radikal islamçı saxlanılıb.

Mia.az virtualaz.org-a istinadən xəbər verir ki, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi və Sabunçu Rayon Polis İdarəsi 13-cü bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat çərçivəsində "Müsəlman Birliyi Hərəkatı”nın üzvü, 1982-ci il təvəllüdlü Şirvanov Seyfəddin Nurulla oğlu saxlanılıb.

Sabunçu Rayon Polis İdarəsindən bildiriblər ki, S.Şirvanov noyabrın 26-da, ilahiyyatçı Taleh Bağırzadənin və 14 tərəfdarının həbsi ilə bağlı keçirilən xüsusi əməliyyatdan sonra Nardaranda kütləvi qarışıqlıq yaratmağa çalışıb və qəsəbə sakinlərini açıq şəkildə hakimiyyəti zor gücü ilə zəbt etməyə və dövlətə qarşı fəaliyyətə çağırıb.

Xatırladaq ki, Nardaran hadisələri ilə bağlı indiyədək 20 nəfərdən çox adam şübhəli şəxs qismində saxlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA