Operativ qərargahdan son məlumat: İtkin düşən neftçilərin axtarışları nəticəsizdir

img

09-12-2015 [16:18]


SOCAR-ın "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 23 nəfərin, o cümlədən itkin düşən "Neft Daşları"nın 3 əməkdaşının axtarışları davam edir.

Bunu SOCAR-ın "Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.
"Saat 16:00-a olan məlumata görə, itkin düşən neftçilərin axtarışları nəticəsiz olaraq qalır. Axtarışlar Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus, o cümlədən SOCAR-ın AZAL-dan götürdüyü helikopterlər, o cümlədən "Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus gəmilər vasitəsilə aparılır. Əlverişsiz hava şəraiti ilə əlaqədar sualtı axtarışlar dayandırılıb", - deyə B. Ağarəhimov bildirib.
Baş mühəndis əlavə edib ki, yanğın hələ də söndürülməyib: "Hazırda yanğının söndürülməsi ilə 5 gəmi məşğuldur".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA