"Günəşli"də xəsarət alan neftçilərdə psixi pozuntular yaranıb

img

09-12-2015 [14:46]


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində ambulator müalicəyə buraxılan neftçilərdən 3-ü yenidən Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Bir neçə gün əvvəl xəsarət alan Heydər Abbasov, Rəşid İbrahimov və Ehtiram Məlikov səhhətlərində yaranan problemlərlə bağlı yenidən xəstəxanaya müraciət ediblər. Onların şikayəti əsasən, psixi pozuntularla bağlıdır. Xəstələr terapiya şöbəsindəki palataya yerləşdirilib.

Xəstəxanadan APA-ya bildirilib ki, neftçilər yuxu pozuntusu yaşadıqlarını və yuxuda dəniz gördüklərini qeyd ediblər.

Bununla da hazırda xəstəxanada müalicə olunan neftçilərin sayı 15 nəfərə çatıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA