09-12-2015 [12:04]
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qanunsuz balıq ovu ilə bağlı reydlər davam etdirilir.
Keçirilən genişmiqyaslı reydlər zamanı tərkibində Qeyri Hökumət Təşkilatlarının, ictimaiyyət nümayəndələrinin və Nazirliyin mütəxəssislərinin təmsil olunduğu qruplar Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində və daxili su obyektlərində, o cümlədən çaylar, kanallar və kollektorlarda rast gəlinən bir sıra neqativ halları aradan qaldırıb.
Xüsusilə Mil-Muğan və Şirvan kanallarında qanunsuz qurulmuş xeyli tor, balıq tutmaq üçün digər qanunsuz vasitələr, vizual görüntülərinə görə xeyli müddət istifadə edilməyən balıq ovu üçün nəzərdə tutulmuş alətlər aşkar edilib və akt tərtib olunaraq zərərsizləşdirilib.
Eyni zamanda, Baş Şirvan və Baş Mil-Muğan kollektorlarının mənsəbində dövlət idarəçiliyində olan balıqartırma zavodlarına məxsus, törədici balıqların toplanaraq süni balıqartırma məqsədləri üçün zavodlara göndərilməsini təmin edən vətəgə əhəmiyyətli stansiya və məntəqələrdə gözətçi yerlərinin və torların yenilənməsi, qanunsuz ov hallarının qarşısının alınması ilə bağlı nazirlik tərəfindən Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə verilən göstərişlər də yerinə yetirilib. Belə ki, Departamentin nəzdindəki balıqartırma zavodlarının Baş Şirvan və Baş Mil-Muğan kollektorlarının mənsəbində fəaliyyət göstərən stansiyaları, vətəgələri yenilənib, əraziyə izahedici və maarifləndirici lövhələr vurulub. Gözətçi və mütəxəssislərin müvəqqəti qalması, həmçinin ov alətlərinin saxlanılması üçün nəzərdə tutulan tikililərdə təmir-bərpa işləri aparılaraq normal vəziyyətə gətirilib.
Qeyd edək ki, Şirvan və Mil-Muğan kollektorlarının Xəzərə tökülən hissəsində yaradılmış vətəgə əhəmiyyətli stansiya və məntəqələr Azərbaycanda fəaliyyət göstərən və dövlətə məxsus 11 balıqartırma zavodunu törədici ana balıqlarla təmin edən tədarükçü stansiyalardan biridir. Bu da onunla əlaqədardır ki, Xəzərə qovuşan Kür, Araz və digər çaylarda hidroqurğuların tikilməsindən, yəni çayların qarşısı bəndlərlə kəsiləndən sonra uzun illərdir müxtəlif növ balıqlar, o cümlədən nərəkimilər və qızıl balıqlar təbii kürüləmə yerlərindən təcrid olunub. Ona görə də Xəzər dənizinin bioresurslarının məhsuldarlığını saxlamaq üçün Azərbaycanda fəaliyyət göstərən balıqartırma zavodları törədici balıqları bu üsulla əldə edərək onun kürüsünü süni şəraitdə təhlükəsiz yaşa və ölçüyə qədər yetişdirərək yenidən dənizə buraxmaqla məşğuldur.
Kür çayının üzərində olan bir neçə belə balıqartırma əhəmiyyətli vətəgə-stansiyalarda, o cümlədən Şirvan və Mil-Muğan kollektorlarındakı məntəqələrdə də törədici ana balıq tədarük olunur və onlardan alınan kürülərdən minlərlə körpə balıq yetişdirilərək Xəzər dənizinə qaytarılır. Bu səbəbdən də bu təyinatlı sututarlarda balıq tutmaq məqsədə uyğun deyil, burada qanunsuz, həm də həvəskar balıq ovuna icazə verilmir. Ona görə ki, vətəgədə quraşdırılmış balıq tutucu vasitələrlə balıqların hərəkəti məhdudlaşdırıldığından həvəskar balıqçılar burada cəmləşən və qaça bilməyən balıqları asanlıqla tutur və elə zənn edilir ki, guya bu balıqlar təbii şəraitdə tutulur. Əslində isə belə deyil.
Bir tərəfdən belə qurğular nisbətən şirin suya cəlb edilib kanallara daxil olan balıqların kanallarla yuxarı keçərək hansısa tarlada məhv olmasının qarşısını alır, digər tərəfdən yuxarıda qeyd edildiyi kimi, ilk növbədə kürüləməyə hazır balığın şirin suya, onu çay bilərək kürü tökmək üçün daxil olduğunu nəzərə alaraq balıqartırma zavodları üçün kürüləməyə hazır törədici balıqları əldə etmək məqsədi daşıyır. Həmin sahələrdə qadağanedici və maarifləndirici lövhələr də ona görə qoyulub ki, hətta həvəskar balıqçı da həmin ərazidə balıq tutmasın və burdan alınan kürülərdən yetişdirilərək dənizə, çaylara buraxılan balıqları gələcəkdə digər ərazilərdə tuta bilsin. Ölkədə qanunsuz ov hallarının qarşısının alınması istiqamətində reydlər isə davam etdirilir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi