“Sualtı axtarışlarımız müvəqqəti dayandırılıb" - SOCAR-dan itkin düşənlərlə bağlı son açıqlama

img

09-12-2015 [11:34]


"Azneft" Istehsalat Birliyində "Günəşli" yatağının 10-cu özülünün platformasında qəza ilə bağlı yaradılmış qərargahda növbəti mətbuat konfransı keçirilib.

"İB-nin baş mühəndisi Balamirzə Ağarəhimov bildirib ki, saat 11:00-a olan məlumata görə, hava şəraitinin pis keçməsinə baxmayaraq axtarışlar davam edir: "Sualtı axtarışlarımız müvəqqəti dayandırılıb. Yanğının söndürülməsi ilə bağlı hazırda 5 gəmi 10-cü özüldə yanğın söndürmə ilə məşğuldur. Xarici mütəxəssislər quruda iş planı hazırlayır. FHN gəmilərininr işinin daha asan getməsi üçün texniki prosedurlarla məşğuldur. Küləyin sürəti 18- 25 metr olduğunda sualtı işlərin işi təhlükəsizlik baxımından dayandırılıb. Hələ ki, heç kim tapılmayıb. "Boot and Coots" şirkətinin işi fantana qarşı quyu ətrafı və yanğının başa çatması anında neft axıntılarının olmaması üçün bu iki qüvvə bizə kömək edəcək”.

Baş mühəndis əlavə edib ki, ekologiyanın çirklənməməsi üçün ikili və gücləndirilmiş rejimdə çalışırlar: "Küləkli hava şəraitindən asılı olaraq işlər 1 gün əvvəl müvəqqəti olaraq dayandırılır. BP ilə verilən məlumatlar həqiqəti əks etdirmir. Deyilən təxliyyə üçün platformanın konsturkisyasında təhlükə olduğundan əməkdaşlarımız kollektiv halda çalışırlar. Küləkdən xeyli əvvəl əməkdaşlarımız işə gedib. Külək baş verən zaman artıq onlar işdə idi. Sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq ətirmək üçün bildirmək istəyirəm ki, orada meyitləri çıxarılan insanların əynində fərdi xilasetmə jiletləri olmayıb. O şəkillər sosial şəbəkələrdə də yayılıb. Həmin şəxslərin üzərində öncədən jiletlər olub”.

Onun sözlərinə görə, hazırda platformayla əlaqə kəsilib: "Biz orada hasilatı dayandırmaq istəyirik. Möhkəm istilikdən yaranan ağ dumanın içində hansı quyunun yanmasını dəqiqləşdirmək mümkün olmur. Yanğının artması yoxdur. Azalması üçün çalışırıq. Həmin gün sosial şəbəklərdə yayıldığı kimi butka dənizə atılmayıb. Deformasiya nəticəsində bu hadisə baş verib. Butka deformasiya olunmuş hissə ilə dənizə düşüb. Yanğın bir neçə quyularda davam edir. Qəza baş verən günü havanın küləkli olması yanğının tez söndürülməməsi quyularda deformasiya yaratdı”.

Qafqazinfo


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA