09-12-2015 [10:33]
Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Dini İşlər üzrə komisiyanın geniş iclası keçirilmişdir. Hüquq mühafizə orqanları, din xadimlərinin, ali və orta təhsil müəssisələrinin rəhbərlərinin, bələdiyyənin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov respublikamızda mövcud olan dövlət-din münasibətləri, dinlərarası dialoq, dinlərarası tolerantlıq sahəsində həyata keçirilən dövlət siyasətindən bəhs etmişdir:
"Ümummilli liderimiz Heydər Əliyevin xalqın birliyi yolunda göstərdiyi titanik fəaliyyətin bəhrəsini hər bir vətəndaşımız görür və kursu layiqincə davam etdirən Prezident İlham Əliyevin dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan tolerantlığı ilə bu gün bütün dünyaya örnəkdir.
Ölkəmizdə mühüm rol oynayan strateji amillərdən biri ictimai siyasi sabitlikdir. Mövcud olan milli həmrəylik, xalq-iqtidar birliyi də ölkəmizin milli gücünün artmasında ifadə olunur".
Təəssüflə qeyd edilmişdir ki, Azərbaycanın inkişafından narahatlıq duyan bəzi xarici güvvələr ölkəmizdə əlaltıları vasitəsi ilə sabitliyi pozmağa, hətta konstitusiya quruluşunu dəyişmək üçün təxribatçı və illeqal fəaliyyət göstərir, hüquqa zidd əməllərə yol verirlər. Nardaran qəsəbəsində "Müsəlman birliyi” adlı hərəkatın din pərdəsi altında bir qrup radikal ekstremist təfəkkürlü ünsürlərlə təxribatlar, kütləvi ixtişaşlar, terror aktları törətməyə hazırlaşması vurğulanmış və bu hallara qarşı hamının ayıq-sayıqlıqla mübarizə aparmasının, xüsusi ilə gənclərin sağlam təlim-tərbiyəsinin xalqa, vətənə, dövlətimizə sədaqət hissləri ilə inkişafının zəruriliyi qeyd edilmişdir.
Tədbirdə çıxış edən Nəsimi rayon prokuroru Salman Məmmədli qanunların aliliyinin təmin edilməsi, ölkə prezidentinin siyasi iradəsinin reallaşması yolunda respublikamızın hüquq-mühafizə orqanlarının məqsədyönlü fəaliyyətindən danışaraq ekstremizmə, terrora, qeyri sabitliyə cəhdlərin qarşısının qətiyyətlə alınmasına hazır olduğunu qeyd etmişdir.
Dini qurumlarla iş üzrə dövlət komitəsini sədrinin I müavini Səyyad Aran və Qafqaz Müsəlmanları idarəsinin I müavini Hacı Fuad Nurullayev qeyd etdilər ki, ölkəmiz demokratik prinsiplərlə inkişaf edən tolerant bir məkandır və dövlətimiz tərəfindən bütün dinlərə və təriqətlərə sağlam fəaliyyət üçün şərait yaradılmışdır.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Dini İşlər üzrə komissiyanın üzvləri məsələ ətrafında geniş müzakirə apararaq, din pərdəsi altında Nardaran qəsəbəsində "Müsəlman birliyi” adı ilə bir qrup silahlı cinayətkar dəstənin dinc qəsəbə sakinlərinə təzyiq göstərərək zorakı yollarla əhalinin məcburi şəkildə hakimiyyətə qarşı radikal çıxış etməyə, nəzarətlərində olan saytlar və sosial şəbəkələr vasitəsi ilə sövq etmələri, terrorçuluq fəaliyyətlərini qətiyyətlə pisləmişlər. ![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi