"Sonuncu işçi tapılana kimi, bu axtarışlar aparılacaq" - SOCAR-dan daha bir açıqlama

img

08-12-2015 [22:53]


"Çox təəssüflər olsun ki, bugünkü axtarışlar heç bir nəticə verməyib. Axtarışlar davam etdirilir. Proqnozlara görə havanın temperaturu dəyişəcək, küləyin sürəti artacaq. Küləyin sürətindən asılı olaraq, hava şəraiti imkan verdiyi müddətədək itkin düşmüş 26 işçinin axtarışları davam etdiriləcək və sonuncu işçi tapılana kimi bu axtarışlar aparılacaq".

Mia.az xəbər verir ki, bunu bü gün saat 20-də keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev məlumat deyib. 

SOCAR rəsmisi bildirib ki, yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir: "Özüldə elektrik enerjisinin və rabitənin bərpası ilə bağlı bu gün müəyyən addımlar atılıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA