Prokurorluq, gömrük və daxili işlər orqanları əməkdaşlarına qadağa

img

08-12-2015 [17:01]


Azərbaycanın prokurorluq, gömrük və daxili işlər orqanlarında attestasiya olunan əməkdaşlarına siyasi baxışları və etiqadlarına görə qiymət verilməsi qadağan olunacaq.

Bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında "Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna, "Gömrük orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də və "Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də əlavələr müzakirəyə çıxarılıb.

Əlavəyə əsasən, attestasiya olunan hər üç orqanın əməkdaşlarına onların xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub(apa).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA