İtkin düşən neftçilərin axtarışları dayandırıla bilər

img

08-12-2015 [16:55]



SOCAR-ın "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 23 nəfərin, o cümlədən itkin düşən "Neft Daşları"nın 3 əməkdaşının axtarışları dayandırıla bilər.

Bunu SOCAR-ın "Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib. Baş mühəndis qeyd edib ki, belə bir qərarın qəbul olunmasına hava şəraitinin sabahdan etibarən kəskin pisləşməsi səbəb ola bilər. Onun sözlərinə görə, müvafiq qərar Fövqəladə Hallar Nazirliyi tərəfindən veriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA