Şəxsiyyət vəsiqəsi ilə bağlı dəyişiklik - Qanun yeni ildən qüvvəyə minəcək

img

08-12-2015 [16:05]


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilməsi haqqında” qanuna təklif olunan dəyişiklik müzakirə olunub.

Dəyişikliyə görə Azərbaycanda 15 yaşı tamam olmayan vətəndaşlara da 2017-ci il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək olan müddətdə şəxsiyyət vəsiqəsi veriləcək. Dəyişiklik layihəsi 15 yaşı tamam olmayan Azərbaycan vətəndaşının fərdi identifikasiya kartının 2020-ci il yanvarın 1-dən tətbiq edilməsinə görə təklif olunub.

Müzakirələr zamanı məlumat verilib ki, 15 yaşı tamam olmayan vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi onun valideyninin, vətəndaşı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçisinin ərizəsi və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanunun tətbiqi barədə əsasnamədə nəzərdə tutulan digər sənədlər əsasında həyata keçirilir.

5 yaşadək olan vətəndaşa verilən şəxsiyyət vəsiqəsi vətəndaşın 5 yaşı tamam olanadək, 5 yaşı tamam olan vətəndaşa verilən şəxsiyyət vəsiqəsi isə vətəndaşın 15 yaşı tamam olanadək etibarlı olacaq. Qanun 2017-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Dəyişiklik layihəsi Milli Məclisin iclasında müzakirəyə tövsiyə olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA