08-12-2015 [15:30]
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri millət vəkillərinin, bütövlükdə Milli Məclisin səlahiyyətlərinin artırılmasını tələb ediblər. Komitənin bu gün keçirilən iclasında deputatlar bunun üçün MM-in Daxili Nizamnəməsinə və "Deputatın statusu haqqında" mövcud qanuna ciddi dəyişikliklərinin edilməsinin vacibliyini dilə gətiriblər.
İclasda çıxış edən millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev təkilif edib ki, MM sədrinin müavinlərindən biri parlamentdə təmsil olunun və azlıqda qalan partiyaların nümayəndələrindən biri olsun:
"Bu, dünya təcrübəsində də var. Cənubi Qafqaz regionunda yeganə ölkəyik ki, bizdə belə bir məsələ yoxdur. Yaxşı olardı ki, MM sədrinin müavinlərindən biri azlıqda qalan partiyaların nümayəndələrindən biri olsun. Həmçinin, dünya parlamentlərində büdcəyə nəzarət edən komitənin sədrliyi müxalifət təmsilçisinə təklif olunur və verilir. Bizdə də bu komitənin funksiyasını İqtisadi siyasət komitəsi yerinə yetirir. Bu baxımdan, büdcə ilə bağlı şəffaflığın təmin edilməsi üçün həmin komitənin sədri də müxalifət partiyalarından birinin təmsilçisi olmalıdır. Eyni zamanda, Hesablama Palatasının tərkibinin formalaşdırılmasında parlamentdə olan müxalifət partiyalarının təmsilçiliyinə şərait yaradılmalıdır".
Q. Həsənquliyevin təklifləri onun deputat həmkarı, AVP sədr Fəzail Ağamalı tərəfindən də dəstəklənib:
"Milli Məclisin səlahiyyətlərinin artırılması ilə bağlı ictimai rəy var. Bunu da mətbuat ortaya qoyur. Bəzən mətbuatın üzrərinə gedirik ki, onu niyə belə edir, amma əslində mətbuat ictimai rəy yaradılmasında böyük rol oynayır. Odur ki, ictimai rəyi də əsas götürərək belə hesab edirəm ki, MM-in səlahiyyətlərinin artırılmasına ehtiyac var. Bu gün nazirlər, komitə sədrləri bizdən-xalqın seçdiyi təmsilçilərdən daha geniş səlahiyyətlərə malikdir. Bir dəfə demişəm, indi də deyirəm ki, bəzi nazirlər, komitə sədrləri sanki əlçatmaz olublar. Onlar telefonlara cavab vermirlər. Bəzən parlamentdə də elə bir atmosfer yaradılır ki, sanki nazirlər, komitə sədrləri göydən paraşütlə eniblər. Bu, düzgün deyil. Son hadisələr də göstərdi ki, bəzi nazirlər öz səlahiyyətlərini çox aşıblar və bir sıra qanunsuzluqlara yol veriblər. Həmçinin, MM sədrinin müavinlərindən biri mütləq azlıqda qalan partiyalardan birinin təmsilçisi olmalıdır. Hətta, lazımdırsa, sədr müavinlərinin sayı bir nəfər də artırıla bilər. Bir sözlə, hesab edirəm ki, MM-in, deputatların səlahiyyətlərinin artırılmasına ehtiyac var".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi