08-12-2015 [15:04]
"Təbii ki, müharibə gedir. Müharibə heç vaxt bitməyib, son vaxtlar isə atəşin intensivliyi artıb".
Bu barədə cəbhədəki son vəziyyəti "Yeni Müsavat”a şərh edən Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi polkovnik Vaqif Dərgahlı bildirib.
Onun sözlərinə görə, son döyüşlər bütün düşmənlə təmas xətti boyu davam edib və minaatanlardan istifadə olunub:
"Goranboy istiqamətindən tutmuş, Füzuli istiqamətinə kimi bütün işğal olunmuş ərazilər boyunca atışmalar gedir. Son günlər erməni tərəfi 60, 82 mm-lik minaatanlardan atəş açır. Biz də 60, 82, hətta 120 mm-likdən (minaatanlardan – red.) cavab zərbələri endiririk. Kadrlardan ola bilsin ki, vəziyyət aydın görünmür. Ancaq 120 mm-lik minaatanların radiusu sığınacaqlarda, səngərlərdə 20 metr radiusda məhvetmə qabiliyyətinə malikdir. Açıq sahədə isə 50 metr və hətta daha artıq məsafədə itkilər ola bilər. Biz atəş açdığımızı gizlətmirik, çünki düşmən atır, biz də cavab veririk. Hətta ermənilərin atəşinə artıqlaması ilə cavab veririk, düşmənin canlı qüvvəsi və avtomobil texnikasını da hədəfə alırıq. Eyni zamanda bu zərbələr zamanı pilotsuz uçan aparatlardan da istifadə edirik, məqsəd hər addımda düşməni məhv etməkdir”.
Nazirlik rəsmisi düşmən ölkə ilə sərhəddə vəziyyətin nisbətən fərqli olduğunu vurğuladı: "Ermənistan tərəfdən minaatanlardan atmırlar, dövlət sərhədi boyu ancaq atıcı silahlardan istifadə olunur”.
V.Dərgahlı bildirdi ki, düşmən tərəf noyabr ayına kimi 100-dən artıq itki verib, amma onlar faktları gizlədir: "Səngərdəki mülkilər, Dağlıq Qarabağdakı əsgərləri və Yaxın Şərqin qaynar nöqtələrindən, xüsusən də Suriyadan gəlmiş erməni döyüşçülər, muzdlulardan da məhv edilənlər var. Amma bu haqda rəsmi məlumat verilmir. Şənbə günü isə erməni polkovniki məhv edildi. Düşmən daim gərginlik yaradır, təxribatlar törədir və cavabını da alır”.
Nazirlik təmsilçisi qeyd etdi ki, düşmən ölkədə yaşanan gərginlik üzündən qoşunların təmas xəttində gərginliyin artması gözlənilən idi. Ona görə də ordumuz düşmənin təxribatlarını dəf etmək üçün tam hazırlıqlı vəziyyətə gətirilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi