08-12-2015 [14:31]
Azərbaycanda media qarşısında qoyulan qadağaların sayı sürətlə artmaqdadır. Bundan bir müddət öncə "MTN işi” və vəzifəli şəxslərlə bağlı əsassız məlumatlar yayıldığını əsas gətirən rəsmilər, bu qadağanı pozan bir sıra KİV rəhbərlərinə Baş Prokurorluq vasitəsi ilə xəbərdarlıq ünvanladı.
Bugünlərdə isə dini ekstremizmlə mübarizə çərçivəsində jurnalistlərə bəzi məsələlərlə bağlı ictimaiyyətə məlumat vermək yasaqlanıb ki, bu da bir sıra məqamları özündə ehtiva edir.
Maraqlıdır, media ilə bağlı qadağaların sürətlə artması Azərbaycan mediasının bu günü və gələcəyinə nə vəd edir? Medianı qadağalar dairəsinə alıb onu gərəksiz, dişsiz bir mexanizmə çevirmək nə dərəcədə doğrudur?
Mia.az xəbər verir ki, məsələ ilə ağlı Moderator.az-a açıqlama verən Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev hesab edir ki, hakimiyyətin media ilə bağlı həyata keçirdiyi siyasət, tətbiq edilən qadağa və yasaqlar bu sahəni artıq indidən gərəksiz, gücsüz bir sahəyə çevirib:
"Məsələ ondadır ki, Azərbaycanda media prinsip etibari ilə gərəksiz və dişsiz bir sahəyə çevrilib. Ölkəmizdə media orqanlarının əksəriyyəti hakimiyyətin nəzarətindədir və administrasiya rəsmilərinindən sadəcə birinin çıxışı kifayət etdi ki, hamı əsas mövzulardan üz döndərib tamam başqa məsələlərə doğru istiqamətlənsin. Bu gün "MTN işi” ilə bağlı mövzu demək olar ki, gündəmdən çıxıb. Hakimiyyət bu günə qədər kimlərisə maliyyə vasitəsi ilə ələ alır, bu yolla idarə edirdi. Kimlərisə döyür və ya həsb edir, bu yolla onları "tərbiyələndirirdi”.
Görünür, indi bütün bunlar kifayət etmir. Müxtəlif sosial şəbəkələr, onlayn media və s.-nin genişlənməsi informasiya axınını çoxaldıb. Buna görə də hakimiyyət ənənəvi üsullarla mediaya nəzarət edə bilmir. Bu səbəbdən də qadağa və yasaqlaırn siyahısını genişləndirir, vəziyyəti bu qadağalar vasitəsi ilə nəzarətə götürməyə çalışırlar. Hakimiyyət istəyir ki, heç kim heç nə danışmasın və ya hər kəs məhz onun istədiyini danışsın”.
M.Əliyevin qənaətincə, son vaxtlar hakimiyyətin problemlərinin qabarması və açıq şəkildə ortaya çıxması fonunda rəsmilər medianın susdurulmasına daha çox ehtiyac duyur:
"Son zamanlar bütün mövzular, bütün məsələlər hakimiyyətin problemi ilə bağlıdır, müxalifətin problemləri ilə bağlı deyil. Hakimiyyət daxilindəki qarşıdurmalar, üzə çıxan açıq çəkişmələr, yeyintilər, həbslər, yanğınlar, dağıntılar və s. hakimiyyətin səriştəsizliyi və peşəkarlığının aşağı olmasından qaynaqlanır. Rüşvət və korrupsiya ilə bağlı olaylar da göstərir ki Azərbaycanda neqativ hallar artmaqda davam edir. Buna qarşı da insanlara qəzəb və narahatlıq artır. Hakimiyyət də bunu görür. Bəzi media orqanlaır da baş verənləri obyektiv şəkildə işıqlandırmağa çalışır. Hakimiyyət isə cəmiyyətin əlavə informasiyaya malik olmasında maraqlı deyil. Məqsəd medianı idarə etmək və onların vasitəsi ilə cəmiyyətin idarə edilməsini həyata keçriməkdir”.
Ekspertin fikrincə, bu günə qədər media qarşısında qoyulan qadağalar informasiya axınının qarşısını ala bilmədiyi kimi, bundan sonra tətbiq ediləcək qadağalar da hakimiyyətin gözləntisini doğrulda bilməyəcək:
"Bundan öncə də media qarşısında cürbəcür məhdudiyyətlər qoyulurdu. Bu, yeni bir şey deyil. Media tariximizə baxsaq görərik ki, 1998-ci ildən etibarən aktiv şəkildə bu proses gedib. Yenə məhdudiyyətlərin gündəmə gəlməsi göstərir ki, hakimiyyət ortaya qoyduğu bütün səylərə rəğmən, informasiya axınının qarşısını ala bilmir. Əslində, gələcəkdə də bunun qarşısını ala bilməyəcək. Bu gün Azərbaycanda xeyli sayda media resursu var ki, onlar xaricdədir. Xaricdən yayımlanır, xeyli sayda insan onu oxuyur. Ona necə qadağa qoyacaqsınız? Qadağa qoyduqca bu tip media resurslarının sayı xaricdə daha da artacaq. Hakimiyyət sabah məcbur qalıb yeni qadağalara əl atacaq. Qanun şəklinə salıb bildirəcəklər ki, filan-filan saytarı oxumaq qadağandır. Bunların hamısı absurd şeylərdir. Bu yolla problemi həll eləmək mümkün deyil. Ölkədəki anormal idarəçilik, mövcud atmosfer davam edirsə, tətbiq edilən qadağaların heç birinin xeyri olmayacaq”.
M.Əliyevin qənaətincə, media ilə normal münasibətlər qurmaq üçün ölkədə normal, demokratik idarəçiliyə ehtiyac var və nə qədər ki, belə bir idarəçilik yoxdur, heç nə qaydasında olmayacaq: "Media ilə normal münasibətlər qurmaq, normal informasiya siyasəti həyata keçirmək üçün normal mühit yaranmalıdır. Bunu isə iqtidar etməlidir. Ölkədə demokratik, azad seçkilər keçirilməli, xalqın rəyi nəzərə alınmalıdır. Müəyyən qüvvələrin hakimiyyətə gəlməyi də, hakimiyyətdən getməyi də xalqın rəyi əsasında həyata keçirilməlidir. Hər şey seçki yolu ilə həyata keçirilməlidir. Korrupsiya olmamalıdır. Şəffaflıq omalıdır. Normal, demokratik münasibətlərə başqa bir alternativ yoxdur. Bütün məhdudiyyətlərin, bütün qadağaların heç bri fayda verməyəcək. Biz bununla vaxt itiririk. Vəziyyət isə günü-gündən pisləşir, problemlər artır. Bu cür siyasət və düşüncə tərzi ilə yaxşı nəyəsə nail olmaq mümkün olmayacaq”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi