PA-da dəyişiklik - Yeni müdir təyinatı oldu

img

08-12-2015 [14:07]


Azərbaycan Prezident Adminstrasiyasında yeni təyinat gerçəkləşib. 

 Emin Eyvazov Adminstrasiyanın Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş bölməsinin müdiri vəzifəsinə təyin edilib.

E.Eyvazov dekabrın 8-də Milli Məclisin Regional Məsələlər Komitəsinin toplantısında iştirak edib. 

Sözügedən vəzifə 1 noyabr seçkilərindən sonra boşalmışdı. Seçkilərədək həmin vəzifəni tutan Kamran Bayramov hakim Yeni Azərbaycan Partiyasının siyahısı əsasında 100-saylı Şəmkir-Daşkəsən dairəsindən Milli Məclisə üzv seçilib(Modern.az).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA