Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platforması xalqımıza başsağlığı verdi

img

08-12-2015 [12:20]


Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platforması adından "Günəşli” neft yatağının 10-cu platformasında baş vermiş yanğın və qəza nəticəsində həlak olanların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. 

Son illərdə Azərbaycanın neft yataqlarında baş verən ən faciəvi hadisə kimi buna təəssüf hissi keçirir və Azərbaycan xalqına Allahdan səbr diləyirik. Ümid edirik ki, Azərbaycan üçün ağır itkiyə çevrilmiş bu hadisə zamanı itkin düşmüş şəxslərin axtarılıb tapılması, onların yaxınlarına qaytarılması prosesi davam edəcək, hadisə zamanı yaralananların və xəsarət alanların tezliklə sağalmaları və ailələlərinə qovuşması üçün hökumət əlindən gələni edəcəkdir. Eyni zamanda hökuməti gələcəkdə neft yataqlarında təbii fəlakət zamanı baş verə biləcək insan tələfatının qarşısının alınmasına və təhlükəsizliyin gücləndirilməsi məqsədilə təxirəsalınmaz tədbirlərin görülməsinə, o cümlədən dövlət proqramlarının qəbul olunmasına çağırırıq.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA