Kəmaləddin Heydərova yeni səlahiyyət verildi - Fərman

img

08-12-2015 [00:07]


Azərbaycan prezidenti İlham Əliyev "Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)” yubiley medalının təsis edilməsi ilə əlaqədar "Orden və medalların təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə 2015-ci il 4 dekabr tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabinetinə Azərbaycan qanunlarının və prezidentin aktlarının "Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)” yubiley medalının təsis edilməsi ilə əlaqədar "Orden və medalların təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində dövlət başçısına məlumat vermək tapşırılıb.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)” yubiley medalının təsis edilməsi ilə əlaqədar "Orden və medalların təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Fərmana əsasən, "Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)” yubiley medalı ilə təltif etmək səlahiyyəti fövqəladə hallar nazirinə verilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA