Dənizdə həlak olan daha 4 nəfərin cəsədi tapıldı - ADLAR

img

07-12-2015 [20:21]


Fövqəladə Hallar Nazirliyi cəsədi aşkar edilən 6 nəfərlə bağlı məlumat yayıb.

Mia.az FHN-ə istinadən xəbər verir ki, 4 dekabr 2015-ci il tarixində "Günəşli” yatağındakı 10-cu özüldə baş vermiş qəza nəticəsində dənizdə itkin düşənlərin axtarışlarının nəticəsi olaraq 7 dekabr 2015-ci il tarixində qəza baş vermiş özüldən 65-70 km məsafədə FHN-in helikopterləri dənizdə 6 nəfərin cəsədini aşkar edib, həmin cəsədlər helikopterin göyərtəsinə qaldırılıb və sahilə çatdırılaraq aidiyyəti üzrə təhvil verilib. Bunlar Tağıyev Fuad Tahir oğlu, Mahmudov Ağa İzzət oğlu, Quliyev Fəxrəddin Xancan oğlu, Babayev Mikayıl İsmayıl oğlu, Mayılov Samir Cahangir oğlu və İsgəndərov Habil Tağı oğlunun cəsədləridir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA