“Günəşli” yatağında xəsarət alan 4 neftçi yenidən xəstəxanaya yerləşdirilib

img

07-12-2015 [17:27]


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağının 10-cu dərin dəniz özülü yaxınlığında baş vermiş qəza nəticəsində ambulator müalicəyə buraxılan neftçilərdən 3-ü yenidən Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

APA-nın məlumatına görə, bir neçə gün əvvəl Vidadi Sarıyev, Tarverdiyev Kamran, Ədalət Dadaşov səhhətlərində yaranmış problemlərlə bağlı yenidən xəstəxanaya müraciət ediblər.Həmin şəxslər palataya yerləşdiriliblər.

Qəzada xəsarət almış daha bir nəfərində təkrar müalicə üçün xəstəxanaya müraciət etdiyi bildirilir. Bununla da hazırda xəstəxanada müalicə olunan neftçilərin sayı 13 nəfərə çatıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA