İtkin düşən 29 nəfərdən 6-nın cəsədi tapılıb - Rəsmi məlumat - ADLAR

img

07-12-2015 [16:11]


"Azneft" Istehsalat Birliyində "Günəşli" yatağının 10-cu özülünün platformasında qəza ilə bağlı növbəti mətbuat konfransı keçiriləcək.

Mia.az-ın məlunatına görə, "qafqazinfo"nun tədbirdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, IB-nin baş mühəndisi Balamirzə Ağarəhimov bildirib ki, hələ də itkin düşənlərin axtarışları davam etdirilir: "Saat 16-ya olan məlumata görə qazmaçı Tağıyev Fuad Tahir oğlu və xilasedici Mahmudov Ağa Izzət oğlu tapılıb. Bundan başqa 4 cəsəd tapılıb.

Onların şəxsiyyəti müəyyənləşdirilir.

Axtarışlar davam edir".

***

Hazırda 4 neftçinin cəsədi Sabunçu morquna aparılır. İki nəfərin nəşi isə Xətai morqundadır.

***

Artıq FHN-in rəsmi saytında bununla bağlı məlumat yer alıb. Bildirilir ki, FHN helikopterləri dənizdə 6 nəfərin cəsədini aşkar edib və həmin cəsədlər helikopterin göyərtəsinə qaldırılıb. Bunlardan Tağıyev Fuad Tahir oğlu və Mahmudov Ağa İzzət oğlunun cəsədləri sahilə çatdırılaraq aidiyyəti üzrə təhvil verilib. Digər 4 cəsəd isə yaxın zamanda sahilə çatdırılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA