İtkin düşən 3 neftçinin cəsədi tapıldı

img

07-12-2015 [15:43]


"Günəşli” yatağında baş verən faciə zamanı itkin düşən neftçilərdən üçünün cəsədi tapılıb.

Mia.az-ın məlumatına görə, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı sosial şəbəkədəki hesabında məlumat yayıb.

O, qeyd edib ki, cəsədlər dənizdən çıxarılıb və hazırda şəxsiyyətləri dəqiqləşdirilir.

Rəsmi məlumata görə, yataqda baş verən hadisə zamanı 32 neftçi xilas olunub, bir nəfər həlak olub, 29 nəfər isə itkin düşüb. İtkin düşənlərin axtarışları hələ də davam edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA