Kəmaləddin Heydərov "Günəşli" neft yatağında

img

07-12-2015 [15:11]


Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov "Günəşli" neft yatağında yanğın baş verən 10-cu dərin dəniz özülünə gedib.

Nazir əraziyə baxış keçirib, özüldə yanğının söndürülməsi, habelə hadisə nəticəsində itkin düşənlərin axtarışı tədbirləri ilə tanış olub.

SOCAR prezidenti Rövnəq Abdullayev də hazırda hadisə yerində yaradılmış operativ qərargahdadır(APA).

Qeyd edək ki, dekabrın 4-də saat 17.40 radələrində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə güclü yanğın baş verib.
Hadisə baş verən zaman özüldə 63 nəfər xidmətdə olub. Yanğın nəticəsində 2 nəfər həlak olub, 29 nəfər itkin düşüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA