07-12-2015 [13:29]
""Günəşli” yatağında baş verən yanğın və neftçilərimizin faciəli şəkildə həlak olması Azərbaycanla yanaşı bütün dünya mediasının da diqqət mərkəzindədərir. Çox təəssüf ki, hadisə baş verən gün ictimayyət və media məlumatsız qaldı. Ölkə mediası məlumatı yalnız xarici KİV-lərdən əldə etdi və xarici KİV-lərə istinadən məlumatlar yaydı. Bu isə vətəndaşların ciddi narazılığına səbəb olub. Sosial şəbəkələrdə hadisə ilə bağlı əhaliyə operativ məlumat verə bilmədiyi üçün ölkə mediası və jurnalistlər ciddi tənqid atəşinə tutulublar".
Mia.az xəbər verir ki, bununla bağlı Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Ölkə.Az-a açıqlama verib.
Mətbuat Şurasının sədri deyib ki, hadisələrin xarici mətbuat vasitələrində getməsi kifayət qədər yaxşı hal deyil:
"İstər-istəməz ölkə vətəndaşı xəbərlər almağa yerli mətbuata deyil, daha çox transmilli media vasitələrinə, xarici mətbuata öyrəncəli olur. Ola bilsin ki, günlərin birində həmin o transmilli mətbuat vasitələri Azərbaycanın milli maraqları ilə uyuşmayan məlumat yaya bilərlər. Bu da Azərbaycan kimi bir ölkəyə, sabitliyə təsir edə bilər. Bu baxımdan ölkədə baş verən hadisələr ölkə mətbuatına çatdırılmalıdır. "Günəşli" yatağında baş verən olaylarda xalqımız faciə yaşadı. Dünyadan köçənlərə Allah rəhmət eləsin, vətən sağ olsun! Arzu edirəm yaralı olanlar tezliklə şəfa tapsınlar.
Görünür, hadisələr baş verərkən problemləri aradan qaldıranlar daha çox öz güclərini "Günəşli"də baş verən yanğını söndürməyə qoyublar. O zaman onlar öz güclərini çətinlikdə qalan insanların xilas edilməsinə qoyublar.
Çox təəssüf ki, ölkə ictimayyətinin məlumatlandırılmasını arxa plana keçiriblər. Xilasetmə əməliyyatı keçirənlər çox çətin şəraitdə işləyiblər. Onlara təşəkkür düşür. Onlar tam olaraq öz güclərini xilasetmə işinə sərf ediblər. Buna görə də ictimayyətin məlumatlandırılması arxa plana keçib. Bunun da nəticəsi o oldu ki, ölkə mətbuatında dəqiq olmayan məlumatlar getdi. Məlumat almaq mümkünsüz oldu. Azərbaycan jurnalistləri məlumatları dəqiqləşdirməyə cəhd ediblər. Bu zaman vaxt uzanıb. Bu zaman xarici KİV olan "Reuters" hadisə ilə bağlı xəbər yayımlayıb və bu xəbər daha dəqiq olub. Birmənalı qaydada ölkədə baş verən olayların transmilli KİV-lərdə getməsi yaxşı hal deyil. Çox müsbət haldır ki, bu məsələlər tezliklə öz həllini tapdı, artıq dəqiq məlumatlar verilir, tez-tez mətbuat konfransı keçirilir".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi