"İtkin düşənlərin gödəkçələri tapılıb..." - SOCAR-ın vitse-prezidenti

img

06-12-2015 [22:03]


"Günəşli" yatağındakı 10 saylı stasionar dəniz özülündə baş vermiş qəza ilə əlaqədar neftçilərin axtarışları davam etdirilir. Təəssüf ki, hələ yeni xəbər yoxdur". 

Bunu "Günəşli" yatağındakı 10 saylı stasionar dəniz özülündə baş vermiş qəza ilə əlaqədar keçirilən növbəti mətbuat konfransında SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov deyib.

X.Məmmədov axtarış zamanı ancaq itkin düşənlərin gödəkçələrinin tapıldığını bildirib: "Dağılan, sınan qayığın qalıqları tapılıb. Yanğın qaz quyusunda davam edir, yanğının söndürülməsi üçün tədbirlər görülür. Hava qaraldığı üçün axtarışlar ancaq gəmilər vasitəsi ilə aparılacaq. Çünki, helikopterlərin gecə axtarış aparması həm təhlükəli, həm də effektsizdir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA