Rövnəq Abdullayev axtarış-xilasetmə işlərinə nəzarət edir

img

06-12-2015 [18:09]


Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğınla bağlı itkin düşən şəxslərin axtarış tədbirlərinin həyata keçirildiyi ərazidədir.

"Report” xəbər verir ki, hadisə yerində olan Şirkət prezidenti hazırda axtarış-xilasetmə işlərinə nəzarət edir.

Qeyd edək ki, dekabrın 4-də baş verən güclü tufan saat 17:40 radələrində Xəzərdə "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib.

Hazırda FHN-in 2 yanğınsöndürən gəmisi, eyni zamanda SOCAR və BP şirkətlərinə məxsus daha 3 gəmi hazırda yanğının söndürülməsi işlərini həyata keçirir.
R.Abdullayevin xilas etmə işləri tam bitənə kimi hadisə yerində olacağı bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA