“Günəşli” yatağındakı platforma belə yanır - VİDEO, FOTO

img

05-12-2015 [15:58]


"Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxması nəticəsində dünəndən başlanan yanğın hələ də söndürülməyib.

"Qafqazinfo" xəbər verir ki, yanan platformanın yaxından şəkli sosial şəbəkələrdə yayılıb və bildirilir ki, fotonu gəmi heyəti göndərib. Sözügedən gəminin isə platformaya yaxınlaşmağa çalışdığı qeyd olunur.

Qeyd edək ki, yanan platformada öncə 63 nəfər neftçinin, daha sonra isə 42 nəfərə yaxın işçinin olduğu barədə məlumat yayılmışdı. Məlumatda qeyd olunurdu ki, işçilər kiçik qayıqlar vasitəsilə təhlükəli ərazidən uzaqlaşdırılıb. Nefçilər dənizdən 4-5 metr yüksəklikdədirlər və estakadaya bərkidilmiş qayıqlarda kömək gözləyirlər. Ancaq yanğın şiddətli olduğu üçün gəmilər onlara yaxınlaşa bilmir.

Videonu jurnalist Turxan Kərimov paylaşıb.

Yanan platformanın  -  ən son fotosu+Video


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA