Xilas edilən neftçilərin sayı 32 nəfərə çatdı - SOCAR-dan açıqlama

img

05-12-2015 [15:19]


Xəzər dənizində yerləşən "Günəşli” yatağındakı 10-cu özüldə baş verən yanğın yerindən xilas edilən neftçilərin sayı 32 nəfərə çatıb.

Məlumatı Azərbaycan Dövlət Neft Şirkəti yayıb.

Xatırladaq ki, dekabrın 4-də baş verən güclü tufan saat 17.40 radələrində "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın başlayıb. İlk növbədə özüldəki işçilərin təxliyyə olunması istiqamətində tədbirlər görülür.

SOCAR prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar nazirinin birinci müavini Rəfael Mirzəyev də hadisə yerindədirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA