05-12-2015 [13:29]
"Dünya ölkələri çoxlu sayda sosial, iqtisadi, siyasi və etnik münaqişələrlə üzləşirlər. Regional münaqişələr əsrində insanlara bu toqquşmalar barədə obyektiv məlumat verilmir. Bəzi media orqanları reallığı əks etdirməyən, qərəzli informasiyalarla oxucuları çaşdırırlar.
"Avrasiya Gündəliyi” insanlar arasında məlumat qıtlığını azaltmaq üçün irəli sürülən bir təşəbbüsdür. Portal münaqişələr və mübahisələr barədə reallığın əsl mənzərəsini dünyaya çatdıracaq".
Bu fikirlər Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Avrasiya Media Şəbəkəsi yanında təsis olunan "Avrasiya Gündəliyi” beynəlxalq analitik informasiya portalının təqdimat mərasimində səsləndirilib.
Milli Məclisin deputatlarının, xarici ölkələrin Azərbaycandakı səfirlərinin və media rəhbərlərinin iştirak etdikləri tədbirdə çıxış edən portalın baş redaktoru Malik Ayub Sumbai bildirib ki, bu layihəyə bir çox ölkələrdən dəstək var. Məqsədimiz, dürüst və obyektiv məlumatların cəmiyyətə çatdırılmasıdır. Portalda ekspertlər tərəfindən regional münaqişələrin həlli istiqamətində məqalələr yer alıb. Komandanın 20 üzvü dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərir. Biz bu gündən fəaliyyətə başlayan portalımızda münaqişələr barədə məlumatları yumşaq və insanları qıcıqlandırmayan şəkildə ictimaiyyətə çatdıracağıq.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov deyib ki, bu gün Azərbaycanda elektron media daha çox üstünlük təşkil edir:
"Dünya mediasında Azərbaycanla bağlı informasiyaların bəzən qərəzli və siyasi maraqlara xidmət etdiyi aydın görünür. Bu baxımdan ümid edirik ki, bu layihə vasitəsilə vahid informasiya məkanı yaranacaq və obyektivlik təmin olunacaq. Dünyanın müxtəlif ölkələrində yaşayan insanlar bu portal vasitəsilə düzgün məlumatlar əldə edəcəklər. İnkişaf etmiş ölkələrdə informasiyalar daha çox internet üzərindən yayılır. Bu da qloballaşan dünyanın göstəricilərindən biridir. Əsas məsələ informasiyanın olduğu kimi və obyektiv verilməsidir. Azərbaycan medianın inkişafı sahəsində dünyada qabaqcıl yerlərdən birini tutur. Prezident İlham Əliyev söz və mətbuat azadlığına böyük önəm verir və ölkədə bu dəyərlərin qorunmasını təmin edib. Azərbaycanın qlobal informasiya məkanına inteqrasiyası üçün "Avrasiya Gündəliyi” xəbər portalının əhəmiyyəti böyükdür".
Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Azərbaycana nüfuz gətirən beynəlxalq informasiya agentliklərinin fəaliyyəti çox vacibdir:
"Bu informasiya agentlikləri yaydıqları məlumatlarla xaricdə Azərbaycan haqqında fikir formalaşmasına şərait yaradır. Bu baxımdan "Avrasiya Gündəliyi” informasiya portalı da dünyada Azərbaycanın müsbət imicinin möhkəmlənməsinə xidmət edəcək".
Təqdimat mərasimində Azərbaycan Mətbuat Şurası sədrinin müavini, BAMF-ın sədri, portalın təsisçisi Umud Mirzəyev diqqətə çatdırıb ki, bu sayt ümumilikdə qlobal, xüsusən isə regional münaqişələrin sülh yolu ilə həll olunması istiqamətində fikirlərin formalaşdırılması məqsədilə fəaliyyət göstərəcək:
"Biz bu yola 1992-ci ildən çıxdıq. O vaxt Sovet İttifaqının dağılması onun müxtəlif guşələrində qanlı münaqişələrlə müşayiət olunurdu. Belə münaqişə ocaqlarından biri də Qarabağda alovlandı. Həmin ərəfədə müxtəlif bölgələrdən olan jurnalistləri münaqişə bölgəsinə aparmaqla mövcud informasiya blokadasından çıxmağa çalışırdıq.
Bu gün də dünyamızda baş verən prosesləri ictimaiyyətə doğru-dürüst təqdim etmək kimi ağır bir məsuliyyəti öz üzərimizə götürməyə qərar verdik. "Avrasiya Gündəliyi” Avrasiya və ona yaxın olan ərazilərdə, postsovet məkanında baş verən hadisələrin, münaqişələrin, dünyada narahatlıq doğuran hadisələrin, gündəmdə olan problemlərin müzakirə müstəvisidir. Azərbaycan, türk, ingilis, rus, ərəb dillərində fəaliyyət göstərəcək portalda regional və beynəlxalq aləmdə maraq doğuran məsələlərə dair dünyanın aparıcı ekspertlərinin rəyləri yer alacaq".
Mərakeşin ölkəmizdəki səfiri Həsən Hami və Pakistanın səfiri Xalid Usman Qayser çıxışlarında belə bir mühüm portalın fəaliyyətə başlamasını yüksək qiymətləndiriblər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi