"Platformada qalan işçilər sağ-salamatdırlar" - SOCAR-dan açıqlama

img

05-12-2015 [13:02]


Yanğın baş verən platformada qalan işçilər sağ-salamatdırlar.
 
Bu barədə "APA-Economics”ə "Azneft” İB-də yaradılan qərargahdan məlumat verilib.
 
Qərargahdan bildirilib ki, SOCAR prezidenti Rövnəq Abdullayev də hazırda hadisə yerindədir. FHN-nin vertolyotu da hadisə yerinə cəlb olunub, qısa zamanda xilasetmə qayığı oradan götürüləcək.
 
Bundan başqa, platformada yanğının hələ də davam etdiyi bildirilib: "Dalğalar çox hündür olduğundan yanğınsöndürən gəmilər platformaya yaxınlaşa bilmir”.
 
Qeyd edək ki, dünən baş verən güclü tufan saat 17:40 radələrində "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA