11 vətəndaş şikayət etdi, Zakir Qaralov rayon prokurorlarına göstəriş verdi

img

04-12-2015 [18:42]


Baş prokuror Zakir Qaralov Xaçmaz rayon prokurorluğunun inzibati binasında Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarında yaşayan vətəndaşları qəbul edib.

Mia.az Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata istinadən bildirir ki, qəbuldan əvvəl baş prokuror və Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda baş prokuror bölgədə yaşayan 11 vətəndaşın müraciətində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.

Göstərilənlərlə yanaşı, qeyd edilən rayonların prokurorlarının iştirakı ilə müşavirə keçirilməklə bölgədə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün konkret tapşırıqlar verilmiş, vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşımaları onların diqqətinə çatdırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA