“Azercell” müharibə veteranları üçün kampaniyanın müddətini uzadıb

img

04-12-2015 [17:54]


"Azercell Telekom” MMC-nin bu ilin aprel ayında müharibə veteranları statusuna malik olan şəxslər üçün təqdim etdiyi kampaniyanın müddəti 2016-cı il noyabrın 30-dək uzadılıb.

Şirkətdən Mia.az-a bildirilib ki, kampaniya çərçivəsində müharibə veteranları statusuna malik olan "Azercell” fakturasız xətt abunəçiləri təqvim ayı ərzində balanslarına birinci dəfə yüklədikləri hər-hansı danışıq kartının məbləğinin 100 faizini bonus olaraq hədiyyə alacaqlar. Hədiyyə olunan bonus şəbəkədaxili zənglər, SMS və MMS xidmətləri üçün 7 gün ərzində istifadə edilə bilər.

Qeyd edək ki, "Azercell Telekom” 3 ildir ki, davamlı olaraq Qarabağ, Əfqanıstan və Böyük Vətən müharibəsi veteranları üçün xüsusi endirim kampaniyaları həyata keçirir. İstifadəyə verildiyi gündən bu güzəştli rabitə imkanından 28 mindən artıq veteran yararlanaraq 5 milyon 400 min manatdan artıq həcmdə bonus əldə edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA