04-12-2015 [15:26]
Bu gün Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılıb.
APA-nın xəbərinə görə, layihə barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Məcəlləyə əlavə edilən 51.1-1 maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində yeddi gündən çox buraxılmasına görə, şagirdin valideyni yüz manat miqdarında cərimə edilir.
Millət vəkili Elmira Axundova qanun layihəsinə qarşı çıxıb: "Tutaq ki, bir çox yüksək təhsil verən, şagirdləri ali məktəbə hazırlayan özəl orta məktəblərdə davamiyyət problemi yoxdur. Ancaq bir sıra məktəblərdə davamiyyət ona görə azdır ki, şagirdlər repetitorlar vasitəsi ilə ali məktəbə hazırlanır. Orta məktəbə pul məsələsini gətirməyək, başqa hallara yol açacaq”.
Vitse-spiker Bahar Muradova isə dəyişikliyin hansı səbəbdən gündəliyə gəldiyinin məlum olduğunu qeyd edib: "Bəzən uşaq evdə hansısa işlərə cəlb edilir və valideynlərinə kömək edir. Bir sıra hallarda isə uşaqların dini təhsil almasına üstünlük verilir, bəzi valideynlər tərəfindən erkən nikahlar qurulması təşviq edilir. İstənilən halda valideyn məsuliyyəti daşıyırsa, niyə valideyni məsuliyyətdən kənarlaşdırmalıyıq?! İcbari təhsilə görə tək dövlət yox, valideyn də məsuliyyət daşıyır. Son hadisələr zamanı uşaqların bəzi hərəkətlərinə əl çalanlar ağsaqqallar deyildilər? Son hadisələr bizə çox şey öyrətməlidir və təklif edilən mexanizm normal bir mexanizmdir”.
Milli vəkili Qüdrət Həsənquliyev dünyanın inkişaf etmiş ölkələrində uşaqlarını təhsil almağa qoymayan valideynlərin cərimələndiyini, hətta valideynlik hüququndan məhrum edildiyini xatırladıb.
Daha sonra çıxışlar yekunlaşıb və layihə səsverməyə çıxarılaraq qəbul edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi