04-12-2015 [14:19]
"Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsinin Milli Məclisdə müzakirəsi zamanı deputat Musa Qasımlı bildirib ki, sənədi dövlətimizin dünyəvi, vətəndaşlarımızın təhlükəsiz şəraitdə yaşaması üçün əhəmiyyətli hesab edir.
Modern.az xəbər verir ki, deputatın sözlərinə görə, bəzi dindarların, dini qrupların və başqalarının dövlətin işinə qarışdığını müşahidə edirik:
"Vətəndaşları bu və ya digər dini cərəyana itaət etməyə çağırırlar, dini ekstremizm məhsullarını yayırlar. Dini ibadət yerlərinin siyasiləşdirilməsi faciələrlə nəticələnə bilər. Məscidlərin siyasiləşdirilməsinə qətiyyən yol vermək olmaz, ora dini ibadət yerləridir. Məscidlərdə aşura günləri orta əsrlər səviyyəsində keçirilməməlidir. Ciddi şəkildə maarifləndirmə işləri aparılmalıdır, Yaxın və Orta Şərqdən ibrət dərsləri alınmalıdır”.
Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa bildirib ki, bu qanunu qəbul edəndən sonra onun nə qədər dar çərçivədə olacağını görəcəyik:
"Təklif edərdim ki, siyasi və dini ekstremizmə qarşı mübarizə ilə bağlı qanun layihəsi qəbul edək. Dövlət liderinə, dövlətin əsasını qoyan şəxsə qarşı belə münasibət olmaz. Konstitusiyaya görə, biz 1918-ci il dövlətini bərpa etmişik. Biz bunun hüquqi varisiyik. Belə vəziyyətdə həmin dövlətin qurucusu, onun fikirləri, ideyaları haqqında hər kəs tənqidi fikir söyləyə bilər. Amma təhqiramiz fikir söyləmək, hörmətsiz yanaşmaq qəti yolverilməzdir. Deputat etikası var, rəhbərlik səviyyəsində bu məsələyə münasibət bildirilməlidir ki, gələcəkdə təkrarlanmasın. Bu gün eşitdim ki, Məhəmməd Əmin Rəsulzadənin Gəncədəki büstü üzərindən çuval götürülüb, bu sevindirici haldır. Biz AXCP-də indiki hakimiyyətə, rəhmətlik Heydər Əliyevə qarşı kəskin mübarizə aparmışıq. Amma Elçibəy öləndə Heydər Əliyev onun məzarı önünə gələndə cəbhəçilərin fikrində ona qarşı dəyişiklik yaratdı. Dövlətin qurucusu olmuş şəxsə bu dərəcədə münasibəti pisləyirəm və Yeni Azərbaycan Partiyası buna münasibət bildirməlidir”.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Fazil Mustafanın məsələni araşdırmadan münasibət bildirməsini pisləyib:
"Siz hüquqşünassınız və bu araşdırmalıdır. Naqif Həmzəyev belə söz demədiyini bəyan edib. O deyir ki, fikri kontekstdən çıxarılıb. Bu məsələ araşdırılmalıdır. Bunun nəticəsi olmadan nəsə demək olmaz. Birtərəfli yanaşmaq olmaz. Buna görə hesab edirəm ki, iki tərəf – deputat və onu yazan qəzet qarşılıqlı oturub bu məsələni araşdırsınlar və sonra buna münasibət bildirilsin”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi