Bakı-Sumqayıt qatarı yenə gecikdi, rəis danışdı: "Görmədiniz, tufanı, "uraqan"ı?"

img

04-12-2015 [10:04]



Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatar bu gün növbəti dəfə gecikmə ilə paytaxta çatıb.

Mia.az-ın məlumatına görə, qatar Sumqayıtdan 8.00-da çıxsa da, paytaxta 9.30-da çata bilib. Bu da sərnişinlərin haqlı narazılığına səbəb olub. Çünki qatar 40 dəqiqəyə paytaxtda olmalı idi, amma 50 dəqiqə gec çatıb.

Məsələylə bağlı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları Departamentinin rəisinin mövqeyini öyrəndik. Rəis Elyar Muradov mia.az-a bildirib ki, gecikmənin səbəbi hava şəraiti ilə bağlıdır: "Dünəndən başlayaraq, hava şəraiti kəskin pisləşib. Görmədiniz, tufanı, "uraqan"ı? Elektrik enerjisinin verilməsində kəsintilər olduğu üçün belə bir problem yaranıb. Havanın bu şəkildə kəskinləşməsinə görə bu cür problemlərin ortaya çıxmasını normal qarşılamaq lazımdır. Amma biz poblemlərin qaldırılmasına çalışırıq".

Qurumun elektrik təhcizatının rəis müavini də mia.az-da açıqlamasında analoji cavab veib: "Elektrik təhcizatında kəsintilərin olması hava şəraiti ilə bağlıdır. Bakıd o qədər ağac qırılıb, elektrik xətlərini sıradan çıxarıb. Yaxşı olar ki, rəhbərliyin cavabını gözləyin".

Maraqlıdır, əgər küləyin sürətinin artması ilə Bakı-Sumqayıt marşurutu ilə hərəkət edən elektrik qatar 50 dəqiqə gecikirsə. belə çıxır ki, qışda Sumqayıtdan Bakıya 3 saata çatmaq olacaq. Hər halda, bu suallara cavab v ermək lazımdır.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA