Azərbaycanın şimal-qərb bölgəsinə intensiv qar yağır - FOTOLAR

img

03-12-2015 [20:38]


Bu gün günorta saatlarından başlayaraq, Azərbaycanın şimal-qərb bölgəsinə intensiv qar yağır. Havanın temperaturu xeyli aşağı düşüb.

Qarın intensivliyi Qax və Zaqatala rayonlarında daha çox müşahidə olunur. Dağətəyi kəndlərdə qarın qalınlığı getdikcə artır. Rayon mərkəzlərində də tədricən hər tərəf ağ örpəyə bürünür.

Yağan qar hələlik heç bir problem yaratmayıb. Avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkəti dayanmayıb.

Qarın yağması bu saatlarda da davam edir(AzerTac).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA