Kəmaləddin Heydərovdan xəbər var - FOTO

img

03-12-2015 [18:18]


Bu gün Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Koreya Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir Azərbaycanda səfir təyin edilməsi münasibətilə Kim Çanq-gyunu təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Sonra Azərbaycanla Koreya arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan K.Heydərov ölkədə fövqəladə halların idarə edilməsi sahəsində görülən işlərdən, bu sahədə Koreyanın uyğun qurumları ilə sıx əməkdaşlıq münasibətlərindən danışıb.

Öz növbəsində, səfir Kim Çanq-gyu ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Koreya Respublikasının dövlət strukturlarının Azərbaycan Respublikasının müvafiq qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyi ilə əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA