Universitetdə yeni yaradılan mərkəz - iki dövlətin diplomu veriləcək

img

03-12-2015 [17:57]


Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi yaradılıb.

Bu barədə Mia.az-a UNEC-dən məlumat daxil olub.

Bildirillib ki, mərkəzin ümumi, təlim, tədris və imtahan haqqında əsasnamələri UNEC-in Elmi Şurasında təsdiq edilib:

"Mərkəzin yaradılmasında məqsəd, UNEC-də müasir tələblərə cavab verən mütəxəssislər hazırlamaqdır. Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində həyata keçiriləcək tədris prosesinə xarici universitetlərin professor-müəllim heyətinin cəlb edilməsi də planlaşdırılır. Mərkəzdə magistrantların tədrisi 4 dildə - Azərbaycan, ingilis, rus və türk dillərində həyata keçiriləcək".

Məlumatda o da qeyd olunur ki, UNEC-də hazırda tədris olunan ingilis dilində maliyyə, türk dilində biznesin təşkili və idarə olunması, eləcə də beynəlxalq münasibətlər və diplomatiya, turizm və otelçilik ixtisasları Beynəlxalq Magisitratura və Doktorantura Mərkəzində tədris ediləcək:

"Türkiyənin nüfuzlu universitetlərilə əldə edilmiş razılığa əsasən, UNEC-də tədrisi təşkil edilən üç ixtisas - biznesin təşkili və idarə olunması, beynəlxalq münasibətlər və diplomatiya, turizm və otelçilik ixtisasları üzrə təhsil alan magistrlara UNEC diplomu ilə yanaşı, Türkiyənin müvafiq universitetlərinin də diplomunun verilməsi nəzərdə tutulub".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA