Deputat şəhidin yas mərasimində iştirak etdi - FOTOLAR

img

03-12-2015 [17:48]


Milli Məclisin üzvü Əflatun Amaşov bu gün şəhid olan gizirimizin Saatlıda keçirilən 3 mərasimində iştirak edib.

Mia.az xəbər verir ki, bu barədə deputatın özü açıqlama verib:


"Bu gün Saatlı rayonunun Mollavazlı kəndində şəhid Novruzov Fariz Əlabbas oğlunun yas mərasimində iştirak etdim. Gizirimizin domğalarına, əzizlərinə başsağlığı verdim, onlara uca Tanrıdan səbr dilədim. Bu ağrı-acını paylaşmaq üçün mənimlə birgə Saatlıya gedən Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğluya və Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədliyə təşəkkürümü bildirirəm. Silahlı Qüvvələirmizin hərbi qulluqçusu gizir Fariz Novruzov noyabrın 30-da təmas xəttində düşmən tərəfindən açılan atəş nəticəsində həlak olub.

Vətən torpağı uğrunda mübarizədə həyatını itirmiş hər bir şəxsin xatirəsi ucadır. Fariz də xatirəsi uca tutulmağa layiq dəyərli Vətən oğludur. Allah rəhmət eləsin".

Xatırladaq ki, Əflatun Amaşov noyabrın 1-də keçirilən parlament seçkisində 62 saylı Saatlı seçki dairəsindən deputat seçilib.

Əflatun Amaşov şəhidin dəfnində iştirak edib
Əflatun Amaşov şəhidin dəfnində iştirak edib 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA