DİN-in polkovniki işçisi olan baş leytenantı döydü - Biabırçı olay

img

03-12-2015 [12:06]


Bakıda Daxili İşlər Nazirliyinin bölmə rəislərindən biri öz otağında əməliyyat müvəkkilini döyüb.

Məlumata görə, artıq məsələ ilə bağlı baş leytenant olan əməliyyat müvəkkili bu barədə raport yazıb. Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı 1989-cu il təvəllüdlü Səməd Düsturov rəisin onu döyməsi haqda raport yazıb.

O bildirib ki, bölmə rəisi onu öz xidməti otağında müavini ilə birlikdə döyüb. Hadisə noyabrın 26-da saat 00:30 radələrində 25-ci Polis Bölməsində baş verib. S.Düsturov xidmət etdiyi Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı 1968-ci il təvəllüdlü Rafael Albabayev və müavini olan polis mayoru 1967-ci il təvəllüdlü Şakir Rüstəmov tərəfindən döyülüb. Hadisəni nəticəsində baş leytenant S.Düsturov xəsarət alıb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasında tibbi yardım aldıqdan sonra buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Nizami RPİ-dən məlumat təsdiqlənib. Bildirilib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır. Hələ ki, cinayət işi açılmayıb.

qafqazinfo.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA