“MTN-də kadr siyasəti “mama-papa” və pul amilinə əsasən həyata keçirilib”

img

03-12-2015 [10:32]


"MTN-də kadr siyasəti "mama-papa” və pul amilinə əsasən həyata keçirilib”.

Bunu Moderator.az-a açıqlamasında sabiq polis rəisi, tanınmış hüquqşünas Mahmud Hacıyev bildirib. 

Ekspertin sözlərinə görə, MTN-nin sabiq rəhbərliyi kadrları seçərkən onların bilik və bacarığına, səriştəsinə deyil, bu təyinatdan nə qədər vəsait əldə edəcəklərinə önəm verib:

"Bu təyinatlarda önəmli olan şəxsin kadr kimi bu vəzifəyə yararlılığı, bilik və bacarığı, lazımi tələblərə nə dərəcədə cavab verdiyi olmayıb. Önəm kəsb edən əsas amil kimin "mama”sının və ya "papa”sının harda işləməsi, kim olması və ya işə qəbul ediləcək şəxsin hansı məbləğdə "hörmət” edəcəyi olub. Hər şey daha çox qazanmağa, daha çox gəlir əldə etməyə hesablanıb. Məhz buna görə də nəticədə bu cür vəziyyət yaranıb. Layiqli kadrlar kənarda qalıb, lazımsız adamlar kadr kimi işə cəlb edilib.

Hesab edirəm ki, MTN-də son illər həyata keçirilən kadr siyasəti ilə bağlı aparılacaq araşdırmalar digər sahəlrədə olduğu kimi bu sahədə də ciddi problemlərin, acınacaqlı vəziyyətin mövcudluğunu üzə çıxaracaq”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA